XƏBƏRLƏR / Qalmaqal

Azərbaycandan sonra Özbəkistan da Rusiyaya etiraz bildirdi

Özbəkistan XİN Moskvada soydaşlarını alçaldan və təhqir edən şəxsin məsuliyyətə cəlb edilməsini tələb edib

Azərbaycandan sonra Özbəkistan da Rusiyaya etiraz bildirdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərərək videoda özbək taksi sürücüsünü təhqir edən adamın şəxsiyyətinin müəyyən edilməsini və qanun çərçivəsində tədbir görülməsini tələb edib. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov məlumat verib.

    "Avqustda geniş ictimai rezonans doğuran iş üzrə araşdırma aparılır. Bununla bağlı videoda çəkilən şəxsin kimliyinin müəyyən edilməsi və qanun çərçivəsində tədbirlər görülməsi üçün Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib", - Burxanov qeyd edib.

    O, qeyd edib ki, Özbəkistan vətəndaşları yaşayış yerindən asılı olmayaraq dövlətin himayəsindədirlər.

    İnternetdə yayılan videoda həmin şəxs yüksək səslə taksi sürücüsünə ədəbsiz ifadələr işlədib və təhqir edir: "Sən rusların qulusan, qulusan! Özbəkistanda heç nə tapmamısan - bizə gəlmisən. Evdə deyilsən, işə gəlmisən - işlə!".