"Georgian Airways” gürcü Prezidentini təyyarəyə buraxmayacaq
Bu barədə adı çəkilən aviadaşıyıcı bəyanat yayıb
Gürcüstanın “Georgian Airways” aviaşirkəti ölkə Prezidenti Salome Zurabişvilini şirkətin xidmətlərindən imtina etdiyi və ona boykot elan etdiyi üçün təyyarələrinə buraxmayacaq.
Bu barədə adı çəkilən aviadaşıyıcı bəyanat yayıb.
“Xanım Salome milli aviaşirkəti boykot etdiyini elan etdi. O, gürcü xalqından üzr istəməyincə onu “persona non-qrata” elan edirik, onu təyyarəyə buraxmayacağıq”, - aviaşirkətin açıqlamasında bildirilir.