Xankəndidə BQXK-nin ofisini mühasirəyə aldılar
Bu barədə "Hayeli" nəşri məlumat yayıb
Xankəndi şəhərində yaşayan bir qrup erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinə girişi bağlayıb, binanı mühasirəyə alıblar.
Bu barədə "Hayeli" nəşri məlumat yayıb.
Bildirilib ki, aralarında Xocalı qatili Vaqif Xaçaturyanın qızının da olduğu etirazçı dəstək BQXK əməkdaşlarını ofisə buraxmayıblar. Etirazlara səbəb BQXK-kin Xaçaturyanın həbsinə "göz yumması" və onunla bağlı məlumatların verilməməsi olub.
Qondarma rejimin "polisləri" əraziyə cəlb olunub.