Təəssüf ki, Ermənistan həqiqətən KTMT-dən uzaqlaşıb
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib
"Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır", - xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Diplomat "RİA Novosti" agentliyinə müsahibəsində qeyd edib ki, hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır.
"Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tam hüquqlu işinə qayıtması kömək edəcək. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də ondan uzaqlaşıblar".
Qeyd edək ki, KTMT 2023-cü ildəki fəaliyyətinə dair hesabatı Ermənistan hələ də imzalamayıb, bununla da təşkilatın fəaliyyətinə əngəl törədir. Hesabat imzalanmaq üçün İrəvana 1 ay öncə təqdim edilib.