Tramp Kanadanın ABŞ-a birləşdiyi yeni xəritə dərc edib
ABŞ-ın gələcək lideri həmin xəritəni öz “Truth” səhifəsində yayıb
 
                                ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-yə qoşulacağı təqdirdə ölkənin necə görünəcəyini göstərən xəritə dərc edib.
ABŞ-ın gələcək lideri həmin xəritəni öz “Truth” səhifəsində dərc edib.

Onun dərc etdiyi xəritədə Kanada və ABŞ eyni rəngə boyanaraq üzərinə Amerika Birləşmiş Ştatları yazılıb.
Qeyd edək ki, bundan əvvəl Tramp bir çox kanadalının öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını müdafiə etdiyini demişdi.
O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.
Kanadanın Baş naziri Castin Trüdo isə ölkənin ABŞ-ın bir hissəsi olması üçün ən kiçik bir şansın olmadığını deyib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            