XƏBƏRLƏR / Qalmaqal

Gürcüstan parlamentinin spikeri fransız səfiri ilə məzələndi

Fransa Gürcüstanın daxili işlərinə qarışmaq cəhdlərindən əl çəkmir

Gürcüstan parlamentinin spikeri fransız səfiri ilə məzələndi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın Gürcüstandakı səfiri Şiraz Qasri ölkənin daxili işlərinə kobud sürətdə qarışaraq "X" sosial şəbəkəsində paylaşım edib.

    Paylaşımda deyilir: "Emmanuel Makron demokratiya və azadlıq döyüşçülərinə dəstəyi xarici siyasətimizin prioriteti etdiyi üçün nümayişçilərin və Zurabişvilinin cəsarətini yüksək qiymətləndirərək Gürcüstanda yeni seçkilərin siyasi böhrandan çıxış yolu ola biləcəyini vurğuladı".

    Bu həyasızlığa cavab olaraq Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” platformasında Şiraz Qasriyə cavab verib:

    “Fransanın daxili siyasətinə qarışmaq fikrim yoxdur, amma nəzərə alsaq ki, fransızların 61 faizi prezident Makronun istefasını, 50 faizi isə Milli Assambleyanın buraxılmasını dəstəkləyir, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər”.