Almaniya Prezidentinin Azərbaycana səfər öncəsi təxribatı
Frank-Valter Ştaynmayer Ermənistanda olarkən İnstaqramda "Dağlıq" Qarabağ separatçılarının bayrağını yerləşdirib

Almaniya təxribatlarını davam etdirir: Almaniya Prezidenti separatçıların cır-cındırını dərc edib.
Almaniya növbəti dəfə Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirdi. Frank-Valter Ştaynmayer Ermənistanda olarkən İnstaqramda Dağlıq Qarabağ separatçılarının bayrağını yerləşdirib və mövcud olmayan bölgəni “Dağlıq Qarabağ” adlandırıb. Bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.
Hal-hazırda separatçı əskisisinin şəkili Ştaynmayerin İnstaqram səhifəsindən yığıştırılıb. Paylaşımın silinməsi Azərbaycana qarşı hörmətsizlik faktına bəraət qazandırmır. Və rəsmi Bakının Ştanmayerdən izahat gözləmək hüququ var.
Bu, artıq son vaxtlar ikinci anti-Azərbaycan təxribatıdır - bundan əvvəl Almaniyanın dövlət mediası olan "Deutsche Welle" münaqişənin tarixini Ermənistanın xeyrinə təhrif edən qərəzli sənədli film yayıb.
Ərazilərin azad edilməsindən sonra Bakı köhnəlmiş inzibati bölgüləri aradan qaldırdı - “Dağlıq Qarabağ” bölgəsi artıq mövcud deyil. Ölkədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var.
Ştaynmayer öz nəşri ilə diplomatik prinsipləri pozur və Almaniyanın birtərəfli mövqeyini nümayiş etdirir.
Xatırladaq ki, Ermənistan səfərindən sonra onun Azərbaycana səfəri planlaşdırılır.