İran XİN Bakıdakı səfirə xəbərdarlığa görə etiraz etdi
Martın 11-də İranın hərbi təyyarəsi Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş etmişdi
"İki ölkənin sərhəd bölgəsində təyyarənin ucuşu İranın sərhədyanı bölgələrində və İranın daxili hava ərazilərində monitorinqlər çərçivəsndə vaxtaşırı həyata keçirilən normal və şərti uçuş olub. Təyyarənin uçuşu İranın daxili məkanında ümumi sərhədə paralel və Azırbaycan sərhədindən uyğun məsafədə həyata keçirilib. Bu uçuşla bağlı heç bir radar və ya radio xəbərdarlığı verilməyib. Azərbaycan Respublikası hökumətinin səfiri çağırması və məsələni ictimailəşdirməsi xoş niyyət və qonşu dövlətlər arasında münasibətlərin ruhuna uyğun gəlmir. Bu məsələnin səfirliyimiz və hərbi attaşemiz vasitəsi ilə dostcasına həlli mümkün idi. B
Mübahisəli məsələlərdə media məkanında və tribunalar arxasından mövzuların qaldırılması onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil". Bunu telegram kanalları İranın XİN-nə istinadən yayıb.
Xatırldaq ki, martın 11-də İranın hərbi təyyarəsi Azərbaycan-İran dövlət sərhədi boyunca kəşfiyyat uçuşu edib. Bundan sonra Azərbaycan tərəfi etiraz bəyanatı verib və notanı təqdim etmək üçün İranın Azırbaycandakı səfirini xarici işlər nazirliyinə dəvət edib.