SEPAH: Ermənistan İsraillə əlbir olub İrana qarşı işləyir
"Keşikçilər" İsrail kəşfiyyatı Mossad əməkdaşlarının Ermənistana səfəri haqda məlumat yayıb
İranın SEPAH təşkilatının Teleqram kanalı İsrail kəşfiyat idarəsi Mossadın əməkdaşlarının Ermənistana səfəri haqda yazıb.
Kanal xəbər verir ki, İsrail Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri ilə eyni vaxtda Mossad-ın “İran Departamenti”-nin media komandasının üzvləri İrəvanda səfərdə olublar. Mənbə hətta İsrail "agentlərinin" fotosunu da yayıb. SEPAH Ermənistanı İsrail ilə əlbir olub yerli mediada İrana qarşı birgə fəaliyyətini təşkil etməkdə suçlayır və kəskin qınayır.