XƏBƏRLƏR / Qalmaqal

Hindistan sahillərində gəmiyə PUA ilə hücum olub

Bu barədə TASS məlumat yayıb

Hindistan sahillərində gəmiyə PUA ilə hücum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) pilotsuz uçuş aparatının (PUA) Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyini bildirib.

    Bu barədə TASS məlumat yayıb.

    "UKMTO-ya PUA-nın gəmiyə zərbə endirməsi barədə məlumat daxil olub, nəticədə partlayış və yanğın baş verib. Hadisə Hindistanın Veraval şəhərindən 200 dəniz mili cənub-qərbdə baş verib. Yanğın söndürülüb, itki yoxdur. Araşdırmalar aparılır”, - məlumatda bildirilib.