Azərbaycanla ABŞ arasında buzlar əridi
Dövlət katibinin köməkçisi Ceyms O'Brayen Bakıya səfərindən razı qalıb
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O'Brayen Bakıya səfərindən sonra "X" sosial şəbəkəsindəki hesabında Azərbaycandakı görüşlərdən məmnun olduğunu vurğulayıb və ikitərəfli münasibətlərin bərpa olduğunu bildirib.
"Bakıda müsbət və konstruktiv görüşlər keçib. Prezident Əliyevə dediyim kimi, Birləşmiş Ştatlar Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və Dövlət katibi Blinken tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı sülh danışıqları üçün Vaşinqtonda qəbul etməyə ümid edir".