Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər
Bu barədə Ermənistan KİV ölkənin Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb
Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər.
Ermənistan KİV-nin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə müzakirədə iştirak edəcək.
Təhlükəsizlik Şurasının ofisi müzakirənin Doha Forumunda keçiriləcəyini və "Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton Sazişi və ortaq gələcək" mövzusuna həsr olunacağını dəqiqləşdirib.
Azərbaycan tərəfi bu barədə məlumat yaymayıb.
Qeyd edək ki, bu gün səhər Hikmət Hacıyev Prezident İlham Əliyevin Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşdə iştirak edib.
1 dəqiqədən az