Rusiya Bakı və İrəvana kömək etmək istəyir
Bunu Rusiya XİN rəhbəri Lavrov erməni həmkarı ilə görüşdə deyib
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.
Onun sözlərinə görə, bugünkü danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətdən kənarda qoymaq olmaz.
“Regional təhlükəsizlik Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində əhəmiyyətli rol oynayır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq. Üçtərəfli razılaşmalar əsasında bütün treklərdə yardım etməyə hazırıq. Hesab edirik ki, regiondakı hazırki vəziyyəti nəzərə alsaq, üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır”, - Rusiya XİN başçısı qeyd edib.
Mirzoyan öz növbəsində deyib ki, "Ermənistan həmişə açıq və konstruktiv dialoq prinsipinə sadiq qalıb və ümid edirik ki, Rusiya tərəfi gələcəkdə baş verənlərin bütün aspektlərini nəzərə alacaq, birtərəfli şərhlərdən yayınacaq, təəssüf ki, son vaxtlar bunu müşahidə edirik!"