Maqdalena Qrono İrəvanda Mher Qriqoryanla görüşüb
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Baş nazirin müavini ilə məsləhətləşmələr aparıb
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda səfərdədir.
Bu barədə Qrono "X"-da yazıb.
O, Ermənistan paytaxtında Baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Alen Simonyan, Xarici İşlər Nazirliyinin rəsmisi Vaan Kostanyan və ekspert icması ilə növbəti müntəzəm məsləhətləşmələr aparıb.
"Həmçinin, vəziyyətləri və narahatlıqları ilə bağlı məlumat almaq məqsədilə İrəvanda Qarabağdan köçkün düşmüş ermənilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə yenidən görüşmək imkanı əldə etdim.
Aİ Ermənistan və Azərbaycan arasında davam edən ikitərəfli sülh prosesini dəstəkləmək istiqamətində fəaliyyətini davam etdirəcək".
1 dəqiqədən az