İlin sonunadək sülh sazişinin imzalanması İrəvandan asılıdı
Bunu jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov deyib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh sazişi bağlamasına dair jurnalistlərin suallarını cavablandırıb.
Nazir deyib: "Ermənistanla sülh sazişi layihəsinin əsas məqamları razılaşdırılıb. İndi rəqəmləri açıqlamaq istəmirəm, amma hələ də razılaşdırılmalı olan vacib məqamlar var. Azərbaycan tərəfi Ermənistanla danışıqları sona çatdırmaq əzmindədir. Bu proses hər iki tərəfdən asılıdır.
İlin sonuna kimi sülh sazişinin imzalanması Ermənistandan asılıdır."
Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər:
"Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik".
C.Bayramov Ermənistanın COP-un Azərbaycanda keçirilməsi ilə bağlı öz vetosunu geri götürdüyünü də xatırladıb.