Türkiyə Cənubi Qafqazda sülh və sabitlik təmin etmək istəyir
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransında danışıb
Türkiyə Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək üçün səylərini davam etdirir.
Bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan 15-ci Səfirlər Konfransının açılış mərasimində bildirib.
O qeyd edib ki, ölkəsi İranla ikitərəfli və regional ələqələri, həmçinin Yunanıstanla münasibətlərdə pozitiv gündəmi saxlamaq üçün də addımları davam etdirir.