Cənubi Koreya Azərbaycanın artan geosiyasi rolu haqda
Koreya Milli Assambleyanın Xarici İşlər və Birləşmə Komitəsinin sədri Sonq Sok-Jun Azərbaycan səfiri Ramin Həsənovla görüşüb
Cənubi Koreya Azərbaycanın artan geosiyasi rolunu qeyd edib.
Milli Assambleyanın Xarici İşlər və Birləşmə Komitəsinin sədri Sonq Sok-Jun Azərbaycan səfiri Ramin Həsənovla görüşüb - The Korea Herald
Danışıqlar zamanı tərəflər Rusiya, Ukrayna və İran da daxil olmaqla qonşu bölgələrdəki silahlı münaqişələr fonunda Azərbaycanın artan geosiyasi rolunu müzakirə ediblər.
Görüş iştirakçıları ikitərəfli əməkdaşlıq perspektivlərinə, o cümlədən Cənubi Koreya biznesinin Azərbaycandakı infrastruktur layihələrində iştirakının genişləndirilməsinə, eləcə də Seulun azad edilmiş ərazilərdə mina təmizləmə missiyasına mümkün töhfəsinə diqqət yetiriblər.
1 dəqiqədən az