İran-ABŞ danışıqlarının 6-cı raundu bazar günü keçiriləcək
Bu barədə Oman Sultanlığının Xarici İşlər Nazirliyinin rəhbəri əl-Busaidi məlumat yayıb

Oman İran-ABŞ danışıqlarının 6-cı raundunun iyunun 15-də Maskatda keçiriləcəyini təsdiqləyib.
Bu barədə Sultanlığın Xarici İşlər Nazirliyinin rəhbəri əl-Busaidi özünün X hesabında yazıb.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekai görüşün yuxarıda qeyd olunan məkan və tarixdə keçiriləcəyini açıqlamışdı.
Qeyd edək ki, Tehran və Vaşinqton arasında danışıqlar İsrailin İslam Respublikasının nüvə obyektlərinə mümkün zərbələri ilə bağlı xəbərlər fonunda baş tutacaq.