XƏBƏRLƏR / Diplomatiya

Özbəkistan səfirliyinin yeni binasının açılışı olub

İlham Əliyev və Şavkat Mirziyoyev açılışda iştirak ediblər

Özbəkistan səfirliyinin yeni binasının açılışı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

    Dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsiblər.

    Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış olublar, burada diplomatlar üçün yaradılmış şəraitə baxıblar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

    Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.