XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır

Bunu xarici işlər naziri Ceyhun Bayramov X-da paylaşımında bildirib

Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır.

    Bunu xarici işlər naziri Ceyhun Bayramov X-da azərbaycan və fars dillərində paylaşımında bildirib.

    Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçi ötən gün Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə azərbaycan dilində təşəkkürünü bildirib. Çətin günlərdə nümayiş etdirilən bu dəstəyin İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini vurğulayıb.

    Ceyhun Bayramov İran XİN başçılarının səmimi sözlərinin və təşəkkürünün bizim üçün dəyərli olduğunu qeyd edib: “Bu, eləcə də İki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!”.