XƏBƏRLƏR / Diplomatiya

Prezident bəzi səfirləri geri çağırıb

İlham Əliyev müvafiq Sərəncam imzalayıb

Prezident bəzi səfirləri geri çağırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.

    Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    ***

    Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb.

    Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Bəhreyndə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb və İordaniyaya səfir təyin edilib.

    Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    ***

    Azərbaycanın İordaniyadakı səfiri geri çağırılıb.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Digər sərəncamla E.Səlimov Azərbaycanın İraqda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    ***

    Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.