XƏBƏRLƏR / Diplomatiya

ABŞ-ın Bakıdakı yeni müvəqqəti işlər vəkili təyin olunub

ABŞ-ın Azərbaycandakı səfirliyi xəbər verir

ABŞ-ın Bakıdakı yeni müvəqqəti işlər vəkili təyin olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.

    Səfirlik xəbər verir ki, bu vəzifəyə Emi Karlon təyin edilib.

    Emi Karlon ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.

    Emi Karlon iyun 2022-ci ildən avqust 2024-cü ilədək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib. Onun son təyinatlarına Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-2022), ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir vəzifələri (2016-2019) daxildir. O, İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.

    Emi K. Oklahoma Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə İnstitutunda Dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb. O, iyun 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.