Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb
Bu barədə XİN-dən bildirilib
İyunun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər çərçivəsində nazirin 11-12 iyun tarixlərində Berlin şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirakı və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.