XƏBƏRLƏR / Diplomatiya

Rusiya XİN Azərbaycana başsağlığı verib

Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb

Rusiya XİN Azərbaycana başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.

    Bu barədə "News.ru" məlumat yayıb.

    "Həlak olmuş Azərbaycan dənizçilərinin doğmalarına və yaxınlarına səmimi başsağlığımı bildirmək istərdim. Ölüm - həmişə faciədir, həmişə kədərdir", - Qaluzin bildirib.

    Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.