XƏBƏRLƏR / Diplomatiya

Rəşad Məmmədov Özbəkistandakı səfir təyin olunub

O, Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb

Rəşad Məmmədov Özbəkistandakı səfir təyin olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.