XƏBƏRLƏR / Diplomatiya

Leyla Abdullayeva Fransanın yeni səfiri barədə

Bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb

Leyla Abdullayeva Fransanın yeni səfiri barədə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laquttu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.

    Bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb.

    "Hörmətli həmkarım Sofi Laquttu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - L.Abdullayeva vurğulayıb.