XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Bu barədə Xarici İşər Nazirliyi məlumat yayıb

Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Macarıstana işgüzar səfərə yola düşüb.

    XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.