İranın xarici işlər naziri Abbas Əraqçi və rusiyalı həmkarı Sergey Lavrov telefonla qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə IRNA xəbər verib.
Bazar günü axşam baş tutan telefon danışığında Əraqçi və Lavrov son regional və beynəlxalq hadisələri müzakirə ediblər.
Əlavə məlumat verilməsə də, iki dost ölkənin yüksək vəzifəli şəxsləri adətən ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr aparırlar.
Bu həftənin əvvəlində Əraqçi və Lavrov İran-Rusiya əməkdaşlığını müzakirə etmək üçün Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasının kənarında da görüşüblər.
1 dəqiqədən az