Sabah Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərləri görüşəcək
“Haber Global” məlumat yayıb ki, görüş iyunun 8-i İstanbulda baş tutacaq
Sabah İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 10-uncu üçtərəfli görüşü keçiriləcək.
Bu barədə “Haber Global” məlumat yayıb.
Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, sabah Hakan Fidanın ev sahibliyi edəcəyi görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri Maka Botçorişvili iştirak edəcəklər.
Görüşün gündəliyindəki üç əsas mövzu:
- "Regional İnkişaf, Xarici Siyasət Məsələləri və Cənubi Qafqazda Əməkdaşlıq",
- "Nəqliyyat, Əlaqələndirmə və Regional Tranzit Şəbəkələrinin Gücləndirilməsi",
- "Enerji Təhlükəsizliyi, Ticarət və İqtisadi Əməkdaşlığın Dərinləşdirilməsi"dir.
Görüşdə yerli və xarici media nümayəndələrinin iştirakı da nəzərdə tutulub.
1 dəqiqə