XƏBƏRLƏR / Diplomatiya

Kaya Kallas Azərbaycana səfər edəcək YENİLƏNİB

Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib

Kaya Kallas Azərbaycana səfər edəcək YENİLƏNİB
Kaya Kallas
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:50

    Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub

    Bildirilib ki, Kallas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşəcək.

    Həmçinin, Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə də görüş keçirəcək. Görüşdən sonra mətbuat üçün açıqlamalar veriləcək.

    Günün ikinci yarısında isə Kaya Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.

    ***

    21:48

    Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

    Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

    Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.