Hakan Fidan Moskvada Sergey Şoyqu ilə danışıqlar aparıb
Rusiya TŞ-nın katibi Türkiyə XİN rəhbərinə tammiqyaslı məsləhətləşmələr təklif edib
Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə Rusiya Təhlükəsizlik Şurasının katibi təhlükəsizlik şuraları vasitəsilə əlaqələri artırmağa hazır olduğunu qeyd edib.
Bundan əlavə, Şoyqu üçüncü rübdə təhlükəsizlik məsələləri üzrə tammiqyaslı ikitərəfli məsləhətləşmələrin keçirilməsini təklif edib.