Livan Azərbaycan vasitəsi ilə İsrailə müraciət edib
Bu barədə İsrailin "The Jerusalem Post" qəzeti yazır
"The Jerusalem Post": Livan Azərbaycan vasitəsilə İsrailə hərbi münaqişədən qaçmaq istəyi ilə bağlı mesaj verib
Livanın xarici işlər naziri Bouhabib israilli həmkarı Katza xüsusi mesaj göndərərək, "ölkəl'rinin aralarında müharibə olmasını istəmədiyini" izah edib. Mesajı İsrail Xarici İşlər Nazirliyinin rəhbəri ilə telefon danışığı olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov verib.
Bayramov bildirib ki, livanlılar Azərbaycanla İsrail arasında mövcud olan yaxşı münasibətləri bildikləri üçün mesajı çatdırmaq üçün onu seçiblər.