TDT XİN başçılarının Şuşa iclası yekunlaşdı YENİLƏNİB
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib
11:17
Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası yekunlaşıb.
Bu barədə təşkilatın baş katibi Kubanıçbek Omuraliyev “X”də yazıb.
“Xarici işlər nazirlərimiz müzakirə üçün əsas mövzuları yekunlaşdırdılar və dövlət başçılarımızın təsdiq edib imzalaması üçün mühüm sənədlər hazırladılar”, - o bildirib.
***
09:16
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.
İclasdan əvvəl XİN başçıları ailə fotosu çəkdirib.
Xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.
Qeyd olunub ki, nazir regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.
Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüslərini, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivlərini vurğulanıb.