Trampın xüsusi nümayəndəsi Vitkoff Putinlə görüşə gəlib
Daha sonra Vitkoff İranla danışıqlar aparmaq üçün Omana yollanacaq YENİLƏNİB

"Axios" mənbəyə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Sankt-Peterburqa uçub və aprelin 11-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Daha sonra Vitkoff İranla danışıqlar aparmaq üçün Omana yollanacaq.
"ABŞ Prezidentinin nümayəndəsi aprelin 12-də yüksək səviyyəli İran rəsmisi ilə birbaşa danışıqlar aparacaq," - ABŞ Dövlət katibi Marko Rubio bildirib.
Həmin gün Omanda nüvə sazişi üzrə İran-Amerika məsləhətləşmələri keçiriləcək. Tehran danışıqların dolayı xarakter daşıyacağını qeyd edib.