Fransada yeni XİN başçısı təyin edildi
Stefan Sejurne ölkənin yeni Avropa və xarici işlər naziri təyin olunub
Fransada yeni hökumət formalaşdırılıb.
Qabriel Attalın başçılıq etdiyi hökumətdə bəzi nazirlər öz yerini qoruyub.
Stefan Sejurne ölkənin yeni Avropa və xarici işlər naziri təyin olunub.
O, 2022-ci ilin mayından Fransa diplomatiyasına rəhbərlik edən Ketrin Kolonnanı əvəz edəcək.