XƏBƏRLƏR / Diplomatiya

Kaya Kallas Azərbaycana səfər edəcək

Müvafiq nota Azərbaycan tərəfinə göndərilib

Kaya Kallas Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

    Bu barədə özəl olaraq Trend-ə Brüsseldəki mənbə məlumat verib.

    “Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

    Bundan başqa Kallasın Türkiyə və Ermənistana səfərləri də elan edilib.

    Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.