"44 kilometrlik yol təxminən iki ilə bərpa edilə bilər"
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bunu Zəngəzur dəhlizi haqda deyib
"Əsas məsələ yolun tez bir zamanda bərpa olunmasıdır". Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun Zəngilanda dediyi sözlərə görə, bu yol təkcə Azərbaycan və Ermənistan arasında münasibətləri gücləndirməyəcək, həm də regionda iqtisadi əlaqələrin inkişafı üçün şərait yaradacaq.
"Yolun uzunluğu 44 kilometrdir. Rusiya dəmir yolu işçiləri oradan keçiblər. Yol təxminən iki ilə bərpa edilə bilər. Tunellər dağılmadığı üçün dəmir yolu kompleksinə ehtiyac var", - deyə diplomatik korpusla birlikdə Zəngilana səfər edən Rusiya səfiri Mixail Yevdokimov Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən bildirib.
1 dəqiqədən az