XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və İsveçrə arasında əməkdaşlıq müzakirə olunub

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Berndə səfərdədir

Azərbaycan və İsveçrə arasında əməkdaşlıq müzakirə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Elçin Əmirbəyov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib.

    Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Berndə İsveçrənin Xarici İşlər üzrə dövlət katibi Aleksandr Fasel və İsveçrə Milli Assambleyasının Xarici İşlər Komitəsinin sədri Loran Verli və onun müavini Sibel Arslan ilə görüşlər keçirib.

    Hər iki tərəf siyasi, iqtisadi və humanitar sahələrdə praktik əməkdaşlığın daha da dərinləşdirilməsinə ciddi sadiqliklərini, eləcə də parlamentlərarası əlaqələrin intensivləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.