İsrailin Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Bu barədə İsrailin Bakıdakı səfirliyi xəbər yayıb

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.
Bu barədə İsrailin Bakıdakı səfirliyinin paylaşımında xəbər verilir.
Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycanın milli geyimində, Azərbaycan dilində salamlayır.