XƏBƏRLƏR / Diplomatiya

XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Nazirliyin mətbuat xidmətinin məlumatı

XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

    XİN-dən daxil olan sənəddə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub.

    "Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - bəyanatda vurğulanıb.