Moskva İranın İsrailə hücumunu pisləməkdən imtina etdi
Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova İsrailin Rusiyadakı səfiri Simone Halperinin çağırışına cavab verərək deyib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Rusiyadakı səfiri Simone Halperinin İranın İsrail ərazisinə hücumunu pisləmək çağırışına cavab verib. O, bildirib ki, “Ukrayna Rusiya ərazisinə zərbələr endirərkən Tel-Əviv bunu etməyib”.
“Simona, xatırlat, İsrail nə vaxt Kiyev rejiminin Rusiyanın bölgələrinə ən azı bir zərbə endirməsini pisləmişdi? Yadınızda deyil? Mənim də yadıma gəlmir. Amma İsrail rəsmilərinin Zelenskinin hərəkətlərini dəstəkləyən mütəmadi bəyanatlarını xatırlayıram”, - Zaxarova Telegram kanalında yazıb.
Zaxarova əlavə edib ki, “Kiyev rejiminin cinayətləri nəticəsində ildən-ilə dinc sakinlər həlak olur, mülki infrastruktur dağıdılır”.