XƏBƏRLƏR / Diplomatiya

Dohada Azərbaycan və Qətər arasında məsləhətləşmələr keçir

Məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və dövlət naziri Sultan bin Saad Al Muraihi iştirak edirlər

Dohada Azərbaycan və Qətər arasında məsləhətləşmələr keçir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dohada Azərbaycan və Qətər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib.

    Azərbaycan tərəfdən məsləhətləşmələrə Qətərdə səfərdə olan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev rəhbərlik edib.

    Qətər tərəfdən iclasa xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al Muraihi sədrlik edib.

    Tərəflər ikitərəfli gündəliyin geniş spektrini - siyasi qarşılıqlı fəaliyyətdən iqtisadi əməkdaşlığa, habelə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyaya kimi məsələləri müzakirə ediblər. Ticarət, investisiya, kənd təsərrüfatı, turizm və təhsil sahələrində tərəfdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib.