XƏBƏRLƏR / Diplomatiya

Gürcüstan XİN də Avroparlamentin hesabatından narazıdır

Hesabat "reallıqdan uzaq" və dezinformasiya ilə dolu sənəd adlandırılıb

Gürcüstan XİN də Avroparlamentin hesabatından narazıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rəsmi Tbilisi Avropa Parlamentinin hesabatını daxili işlərinə müdaxilə adlandırıb.

    Gürcüstan Xarici İşlər Nazirliyi sənədin "reallıqdan uzaq" və dezinformasiya ilə dolu olduğunu bildirib. Nazirlik Avropa Parlamentini faktları təhrif etməkdə, əsassız ittihamlar irəli sürməkdə və Aİ-yə etimadı sarsıtmaqda günahlandırıb.

    Baş nazir İrakli Kobaxidze öz növbəsində Gürcüstan mediasına qarşı sanksiyaların və vizasız rejimin mümkün ləğvinin müzakirəsini "xalqın şantajı" adlandırıb.

    Avropa Parlamenti bundan əvvəl bu cür tədbirlərə icazə verən hesabatı təsdiqləmişdi.