Qarabağda Rusiya konsulluğunun açılması məsələsi işlənilir?
Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov ümid edir
Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.
Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ siyasi səviyyədə işlənilir.
“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqda, XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.