XƏBƏRLƏR / Diplomatiya

BMT Baş Assambleyasının 79-cu sessiyasında debatlar başlayıb

Azərbaycanı əsas debatlarda xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək

BMT Baş Assambleyasının 79-cu sessiyasında debatlar başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində əsas debatlar başlayıb. Bu debatlar “Heç kəsi geridə qoymamaq: İndiki və gələcək nəsillər üçün sülh, dayanıqlı inkişaf və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda təşkil olunub. Yüksək səviyyəli müzakirələr Baş Assambleyanın Prezidenti Filemon Yanqın və BMT Baş Katibi Antonio Quterreşin açılış nitqi ilə başlayıb. Daha sonra Braziliya, ABŞ və Türkiyə prezidentləri çıxış edəcək. Bu, Cozef Baydenin Prezident kimi BMT-də sonuncu çıxışı olacaq.

    Azərbaycanı əsas debatlarda xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Onun çıxışı sentyabrın 28-nə nəzərdə tutulub.

    Debatlar sentyabrın 30-da yekunlaşacaq.