XƏBƏRLƏR / Diplomatiya

"ATƏT Dağlıq Qarabağda da uğursuzluğa düçar oldu"

Bu etirafı Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da çıxan məqaləsində edib

"ATƏT Dağlıq Qarabağda da uğursuzluğa düçar oldu"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "ATƏT Dağlıq Qarabağda da uğursuzluğa düçar oldu. Minsk Qrupu heç vaxt münaqişə tərəfləri arasında dialoqa şərait yarada bilmədi və onun qərbli iştirakçıları Rusiya ilə qarşılıqlı fəaliyyətdən geri çəkildikdən sonra bütün mənasını tamamilə itirdi".

    Bu etiraf, uzun illər ATƏT-in Minsk qrupunun həmsədri olmuş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Rossiyskaya qazeta”da dərc olunan “Helsinki aktının yarım əsri: gözləntilər, reallıq, perspektivlər” məqaləsində yer alıb.