İrəvan Bakının sülh müqaviləsi ilə bağlı təkliflərini alıb
Bunu Ermənistan XİN-nin sözçüsü Ani Badalyan təsdiq edib
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, İrəvan Bakının sülh müqaviləsi ilə bağlı təkliflərini alıb.
Qeyd edək ki, sülh müqaviləsi ilə bağlı təkliflərin erməni tərəfinə göndərildiyi haqda məlumatı xarici işlər naziri Ceyhun Bayramov dünən AzTV-yə müsahibəsində elan etmişdi.