Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib
Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov “Komsomolskaya pravda” nəşrinə müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Qafan şəhərində yeni baş konsulluğun açılması nəzərdə tutulur.
Bundan əlavə, Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qazaxıstanın Aktau, Özbəkistanın Səmərqənd şəhərlərində, İndoneziyada baş konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib.