XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov İshaq Darla telefonla danışıb YENİLƏNİB

Bu barədə Pakistan və Azərbaycan XİN-ləri məlumat yayıb

Ceyhun Bayramov İshaq Darla telefonla danışıb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.


    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

    Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    ***

    Azərbaycan və Pakistan xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə etdilər.

    Azərbaycan və Pakistan xarici işlər nazirləri Ceyhun Bayramov və İshaq Dar telefon danışığı apardılar. Söhbət regiondakı mövcud hadisələr və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında aparıldı.