XƏBƏRLƏR / Diplomatiya

Türkiyə Ermənistana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi xəbər verir

Türkiyə Ermənistana çağırış edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Ermənistana ikitərəfli münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, radikal qruplaşmaların gərginlik yaratmaq səylərinə şərait yaradılmamalıdır.

    Bildirilib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı həqiqətə və beynəlxalq hüquqazidd açıqlamaları rədd edir: “Belə bəyanatların heç bir əsası yoxdur”. 

    Vurğulanıb ki, Türkiyə beynəlxalq aləmdə və regionda daim sülh, sabitlik və dialoq mühitinin təmin olunmasını müdafiə edib: “Ölkəmiz bu məqsədlə 1915-ci il hadisələrinin obyektiv şəkildə araşdırılması üçün arxivlərini açıb”.